Səhiyyə Nazirliyindən aptek açmaq istəyənlərə zad xəbər

img

19-02-2010 [12:47]


Səhiyyə Nazirliyi aptek açmaq üçün dövlət rüsumunun azaldılmasını istəyir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirən səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir bildirib ki, hazırda dərman satışı ilə məşğul olmaq üçün aptek açmağa 5500 manat dövlət rüsumu tələb olunur. Onun sözlərinə görə, bu məbləğin azaldılması daha səmərəli olar: ?Bununla bağlı biz Nazirlər Kabinetinə müraciət edəcəyik. Çalışacağıq ki, bu rüsum bir qədər azaldılsın. Çünki apteklərin gəliri ilə rüsum bir-birinə uyğun gəlmir?. Nazir onu da vurğulayıb ki, aptekin həcmindən və harada yerləşməsindən asılı olaraq rüsumların qiymətində fərq olması da məqsədəuyğun hesab olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA