Xocalı faciəsi Avropa universitetlərində tanıdılır

img

19-02-2010 [12:37]


Gənclər üçün Təhsil Mərkəzi Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar olaraq fevral ayının 25-də Almaniyanın Kassel şəhərində ?Xocalı faciəsini tanıtım? adlı mərasim təşkil edəcək. Mərasimin keçirilməsində əsas məqsəd Almaniyanın Kassel şəhərində təhsil alan tələbələrə, ziyalılara və yerli sakinlərə Xocalı faciəsi ilə əlaqədar həqiqətləri çatdırmaqdır. Mərasimdə Azərbaycanın Almaniyadakı Səfirliyinin nümayəndələri, Almaniya-Azərbaycan Forumunun başçısı Otto Hauzer, Cassel, Hötengem, Leyptsik, Marburg universitetlərinin müəllim və professor heyəti, Kassel Xristian Cəmiyyəti, Kassel Bələdiyyəsinin nümayəndələri, Hessen əyalətinin Sosial-Demokratlar Partiyasından olan millət vəkilləri, QHT-lər, KİV və tələbələr iştirak edəcəklər. Mərasimin keçirilməsində Gənclər üçün Təhsil Mərkəzinə Alman-Azərbaycan Dialoq Platformu və Almaniyadakı Türk Tələbələr Birliyi kömək edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA