Sumqayıtda adambazına düzən yazıllıq respublikadakı orta göstəricidən yüksək imiz

img

19-02-2010 [12:30]


Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26 kv. metr təşkil edir, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Şəhər icra hakimiyyətindən verilən məlumata görə, yaşıllıq sahələrinin artırılması 2009-cu ildə də diqqət mərkəzində saxlanılıb, il ərzində 60 min ədəd ağac və gül şitilləri yetişdirilib, 30 min ağac əkilıb. 2003-cü ildən ötən qısa müddət ərzində şəhərin ayrı-ayrı yerlərində 110 min ədəd müxtəlif çeşidli ağac, 35 min dekorativ kol, 5 milyonadək mövsümi və çoxillik güllər əkilıb, 35.000 kvadrat metrlik sahədə çəmənlik salınıb. Ümumilikdə 2003-cü ildən etibarən Sumqayıtda 16 hektardan çox ərazini əhatə edən 13 yeni park, 10 xiyaban salınıb və yenidən qurulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA