Müdafiə Nazirliyi zəhid olan və yaralanan əsgərlərin adlarını açıqladı

img

19-02-2010 [12:24]


Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba və Qapanlı, Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil Informasiya Agentliyinə verilən məlumata görə, sonra atışma geniş miqyaslı xarakter alıb. Nəticədə əsgər Məmmədov Sahil Novruz oğlu (10.04.1991 Şəki RHK 04.2009), kiçik çavuş Fərəcov Röyal Təşər oğlu (08.03.1991 Masallı RHK 04.2009), əsgər Rüstəmov David Sultanmuradoviç (22.07.1991 Xaçmaz RHK 10.2009 ) şəhid olub. Əsgər Adıgözəlov Elvin Murad oğlu (10.12.1990 Şəmkir RHK 01.2009) isə yaralanıb. Düşmən cavab atəşi ilə susdurulub və bizdən az itki verməyərək geri çəkilməyə məcbur edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA