Eldar Mahmudov Polzanın Milli Təhlükəsizlik Bürosunun rəhbərini qəbul edib

img

18-02-2010 [07:14]


Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Azərbaycanda rəsmi səfərdə olan Polşa Respublikasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şcıqlonu qəbul edib. MTN-in İctimai Əlaqələr Mərkəzindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən terrorçuluqla mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və bundan irəli gələn məsələlər müzakirə olunub, həmçinin enerji təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan və Polşa xüsusi xidmət orqanları arasında bütün bu sahələr üzrə informasiya və ekspert mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Milli təhlükəsizlik naziri Eldar Mahmudov beynəlxalq terrorçuluğa və ekstremizmə qarşı görülən işlər barədə danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar barədə ətraflı məlumat verib. Aleksandr Şcıqlo Polşanın Azərbaycanla sıx dostluq əlaqələrinin və bütün səviyyələrdə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Qonaq Azərbaycanın beynəlxalq antiterror koalisiyasındakı fəal rolunu qeyd edib, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin ərazi bütövlüyünün və problemin həlli üzrə beynəlxalq hüquq normalarına söykənən mövqeyinin Polşa tərəfindən dəstəkləndiyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA