Ramil Usubov Polza Respublikasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri ilə görüzüb

img

18-02-2010 [06:23]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 18-də ölkəmizdə səfərdə olan Polşa Respublikasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. DİN mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanla Polşa arasında əlaqələrin son illər yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan nazir hər iki ölkə başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin və bağlanmış sazişlərin dövlətlərimiz arasında münasibətlərin inkişafında geniş hüquqi əsaslar yaratdığını və onun yeni səviyyəyə qalxmasına təkan verdiyini bildirib. Qeyd olunub ki, iki ölkənin sürətlə inkişaf edən əməkdaşlığı daxili işlər orqanları arasında olan əlaqələrə də müsbət təsir göstərib. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan Respublikası daxili işlər nazirinin 2008-ci ilin iyun ayında Varşavaya səfəri zamanı iki ölkənin daxili işlər nazirləri ?Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq? haqqında hökumətlərarası saziş imzalayıblar. Daha sonra qonaqlara ölkədəki kriminogen durumla bağlı qısa məlumat verilib, əməliyyat şəraitinin nəzarət altında olduğu bildirilib. Ramil Usubov bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarında da demokratik prinsiplərə əsaslanan köklü islahatlar aparıldığını, Avropa Şurası ekspertlərinin rəyləri nəzərə alınmaqla polisin fəaliyyətini tənzimləyən yeni qanunvericilik bazasının yaradıldığını qeyd edib. Görüşdə bütün bəşəriyyəti narahat edən transmilli mütəşəkkil cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizə məsələlərinə də toxunulub, bu sahədə hər iki dövlətin səylərini daha sıx birləşdirməyin, beynəlxalq miqyaslı cinayətlərin açılmasına yardım edən təcrübə və informasiya mübadiləsinin zəruriliyi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA