Yeni qəzet - ?Demokrat? gələn həftədən fəaliyyətə bazlayacaq

img

18-02-2010 [05:03]


Yeni mətbu orqan ? ?Demokrat? qəzeti fəaliyyətə başlayır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə qəzetin baş redaktoru Mustafa Hacıbəyli məlumat verib. M.Hacıbəylinin sözlərinə görə, qəzet ilikn dövrdə həftədə bir dəfə işıq üzü görəcək. Baş redaktor deyib ki, imkanlar genişləndikcə qəzeti həftədə 2-3 dəfəyə və ya gündəliyə çevirmək niyyətindədirlər: ?Buna paralel olaraq, qəzetin saytı fəaliyyət göstərəcək. Sayt hər gün yenilənəcək, eyni zamanda qəzet də həmin saytda işıqlandırılacaq?. Qəzetin kollektivinə gəlincə, M.Hacıbəyli ?Demokrat?ın təsisçinin Elşən Qəni, redaktorları Əziz Rzabəyli, İbrahim Bayandurludur. Baş redaktorun ?Demokrat?ın müxalifətyönlü olacağını da vurğulayıb. Onun sözlərinə görə, bütün qüvvələr bu qəzetdə təbliğ oluna biləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA