Sosial Müdafiə Fondu pensiya kapitallarını indeksləzdiriləcək

img

18-02-2010 [03:56]


?Azərbaycanda qurulan sığorta-pensiya sistemi əhaliyə ödənişlərin bazar iqtisadiyyatı təsirlərindən qorunması elementlərini özündə birləşdirir. Belə elementlərdən biri də əhaliyə pensiya şəklində ödənişlərin bazar iqtisadiyyatı üçün xarakterik olan inflyasiya təsirindən qorunmasıdır. Bunun üçün, pensiyaların sığorta hissəsi ?Əmək pensiyaları haqqında? Qanuna müvafiq olaraq hər il Azərbaycan Respublikası Prezidentinin verdiyi sərsəncamla indeksləşdirilir?. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir. Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Xidmətinin yaydığı məlumatda daha sonra qeyd olunur ki, 2009-cu ildə dövlətin həyata keçirdiyi uğurlu antiböhran tədbirləri nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin edilmiş, bununla belə 1,5 faiz həcmində istehlak qiymətlərinin indeksi qeydə alınmışdır. Həmin göstəricinin pensiyalara təsirini aradan qaldırmaq məqsədilə cari ildə pensiya məbləğinin həmin həddə indeksləşdirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 17 fevral 2010-cu il tarixində ?Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında? Sərəncam verilmişdir. Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2009-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2010-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcəkdir. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Xatırladaq ki, inflyasiyaya uyğun indeksləşdirmə ölkəmizdə ilk dəfə olmaqla 2006-cı ildən etibarən sığorta-pensiya sistemində tətbiq olunmağa başlanılmışdır. Bu da sistemin sosial sığorta haqqı ödəyiciləri qarşısında etibarlılığının nümunəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA