Prezident məcburi köçkünlər üçün çoxmərtəbəli binaların tikilməsi üçün 14 milyon manat ayırıb

img

18-02-2010 [02:31]


Məcburi köçkün ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq. Prezident İlham Əliyev bununla bağlı fevralın 17-də sərəncam imzalayıb. Sərəncama əsasən, ?Qaçqınlar və məcburi köçkünləri yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı?na uyğun olaraq, 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirəcək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA