Emin Milli və Adnan Hacızadənin məhkəməsi yenə baz tutmadı

img

17-02-2010 [04:22]


Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə bloqçular Emin Milli və Adnan Hacızadənin şikayətinə baxış iclası keçirilir. Vəkil İsaxan Aşurov məhkəmə heyətinə etirazını bildirib. O deyib ki, məhkəmə heyəti qərəzlidir. Belə ki, bloqçulara qarşı qeyri-insani rəftarla bağlı şikayətə baxış zamanı eyni heyət şikayəti təmin etməmiş, qərəzli mövqe tutmuşdu. Söhbət 2009-cu il iyulun 8-də Adnan Hacızadə və Emin Millinin polis idarəsində bir birinə qandallanması və lazımi tibbi yardım almaması ilə bağlı şikayətdən gedir. Emin Milli və Adnan Hacızadə bu tələblə razılaşıblar. Hakim bildirib ki, məhkəmə heyəti ilə bağlı məsələlərə baxmaq Apellyasiya Məhkəməsinin sədrinin səlahiyyətlərinə daxildir və bu səbəbdən də məhkəmə prosesi martın 3-ə qədər təxirə salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA