?Hərbi xidmətə çağırızın əsasları haqqında? Qanuna əlavələr olunacaq

img

17-02-2010 [03:52]


Fevralın 17-də Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. İclasda ?Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi?nə, Meşə Məcəlləsinə, eləcə də ?Bədən tərbiyəsi və idman haqqında? Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub. Qanun layihələri barədə məlumat verən komitə sədri, Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, adı çəkilən iki qanuna dəyişikliklər texniki xarakter daşıyır. ?Bədən tərbiyəsi və idman haqqında? Qanunun tətbiqi ilə əlaqədar isə ?Hərbi xidmətə çağırışın əsasları haqqında? Qanuna yeni məzmunda əlavə olunur. Əlavədə deyilir ki, çağırış yaşına qədər və çağırış yaşlı gənclərin fiziki hazırlıq proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Vətəndaşların Vətənin müdafiəsinə fiziki hazırlığının təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilə bilər. Müzakirələr zamanı çıxış edən deputatlar bildiriblər ki, Qanuna təklif olunan bu əlavə gənclərin çağırışa qədər və çağırışdan sonrakı müddətdə sağlamlıqlarının təminatını yaxşılaşdırmaqla yanaşı, həm də idmana olan marağını və həvəslərini artıracaq. Sonda qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA