Azərbaycan nümayəndə heyəti Türkiyə Könüllülər Forumunda iztirak edəcəklər

img

17-02-2010 [03:41]


Bu gün Türkiyə Toplum Könüllüləri Vakfının dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Günay Sadıxova və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov Türkiyənin Sakarya şəhərinə səfərə yollanıblar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, əsas məqsədi Azərbaycan və Türkiyənin tələbə və gənclər təşkilatları arasında birgə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Vakfın Azərbaycan nümayəndəliyinin yaradılmasını müzakirə etmək, eləcə də Türkiyə Könüllülər Forumunda iştirak etmək olan səfər 4 gün davam edəcək. Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Vakfın İstanbulda yerləşən baş ofisi və digər böyük şəhərlərdə olan mərkəzləri və gənclər evləri ilə tanış olacaq, həmçinin Türkiyənin bütün bölgələrini təmsil edən gənclərin iştirak etdiyi Forumun işinə qatılacaqlar. Qeyd edək ki, səfər Türkiyənin ən böyük QHT-si olan Vakfın nümayəndə heyətinin bu günlərdə Azərbaycana olan səfərinin davamı olaraq təşkil edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA