Sumqayıtda ?Xocalı? soyqırımın 18-ci ildönümü ilə bağlı kompleks tədbirlər həyata keçiriləcək

img

17-02-2010 [02:16]


?Xocalı? soyqırımının 18-ci ildönümü ilə bağlı hər il olduğu kimi bu il də Sumqayıt şəhərində bir sıra kompleks tədbirlər həyata keçiriləcək. Faciə ilə bağlı şəhər İcra hakimiyyəti başçısının imzaladığı sərəncama əsasən şəhərin bütün idarə, müəssisə və təşkilatlarında ?Xocalı? soyqırımına həsr olunmuş anım mərasimləri keçiriləcək. 18-25 fevral 2010-ci il tarixdə Sumqayıtda Xocalı rayonu məcburi köçkünlərinin yaşadıqları yerlərdə onların sosial problemləri ilə yaxından tanış olmaq məqsədilə görüşlər təşkil ediləcək. Mədəniyyət evlərində faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, sənədli və bədii filmlər nümayiş etdiriləcək, xatirə gecələri keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA