Ziya Məmmədov nəqliyyat sektorundakı qüsurları etiraf edib

img

17-02-2010 [01:14]


Fevralın 16-da nəqliyyat naziri Ziya Məmmədovun sədrliyi ilə keçən kollegiya iclasında Azərbaysan Respublikası nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2009-su ilin yekunları və 2010-su ildə qarşıda duran vəzifələr müzakirə edilib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Ziya Məmmədov giriş nitqində ötən il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Nazir nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. Nəqliyyat Nazirinin müavini cənab Pənahov 2009-cu ilin yekunları və 2010-cu ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verib. Kollegiya islasının gedişində Azərbaysan Dövlət Dəmir Yolunun, ?Azəryolservis? Açıq Səhmdar Səmiyyətinin, ?Avtonəqliyyatservis? Departamentinin hesabatları dinlənilib. Kollegiya iclasına yekun vuran Ziya Məmmədov bəzi qurumların fəaliyyətini istisna etməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2009-cu ilin yekunlarını qənaətbəxş hesab edib. Kollegiyanın sədri qurumların fəaliyyətində müəyyən irəliləyişlər olmasına baxmayaraq, kifayət qədər qüsurların olduğunu, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırladıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib. Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA