Elmar Məmmədyarov GUAM-ın baz katibi Valeriy çeçelazvilini qəbul edib

img

17-02-2010 [12:34]


Xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın baş katibi Valeriy Çeçelaşvilini qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüş zamanı tərəflər münasibətlərin cari vəziyyəti haqqında fikir mübadiləsi aparmış, habelə iqtisadi, humanitar, turizm, nəqliyyat, GUAM-ın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və digər sahələrdə əməkdaşlığın perspektivi məsələlərini müzakirə ediblər. Həmçinin görüş zamanı GUAM üzv ölkələrinin əməkdaşlığının inkişaf mərhələləri və münasibətlərin intensivləşdirilməsi zəruriliyi məsələləri müzakirə olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA