Azərbaycan tərəfi Ermənistanın xarici izlər naziri Edvard Nalbandyana cavab verdi

img

16-02-2010 [07:17]


Azərbaycan tərəfi bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevlə görüş zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Azərbaycanın ünvanına səsləndirdiyi bəyanata münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib ki, Ermənistanın xarici işlər nazirinin açıqlaması qeyri-müəyyən və əsassızdır. E.Poluxov bildirib ki, Azərbaycan tərəfi Madrid prinsiplərinin yenilənmiş variantına öz razılığını bildirib və indi növbə İrəvanındır. ?Amma Ermənistan eyni addımı atmaq əvəzinə xarici işlər naziri Edvard Nalbandyanın simasında gah nala, gah da mıxa vurur. Bir sözlə, rəsmi mövqeyini açıqlamaqdan hər vəchlə yayınır", - deyə o bildirib. XİN-in mətbuat katibi ANS-ə açıqlamasında onu da qeyd edib ki, Nalbandyanın bu açıqlamasının daxili auditoriya üçün hesablanıb. Xatırladaq ki, E.Nalbandyan öz bəyənatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yenilənmiş Madrid prinsiplərinin rəsmi Bakı üçün məqbul olmasının qeyri-səmimi olduğunu və İrəvanın buna şübhə ilə yanaşdığını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA