QAT "Qarabağ gündəliyi? adlı bülleten nəzr etdirib

img

16-02-2010 [04:51]


Qarabağ Azadlıq Təşkilatı ?Qarabağ gündəliyi? adlı bülleten nəşr etdirib. QAT mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bülleten son 6 ay ərzində (2009-cu ilin iyul-dekabr ayları) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi prosesi və Qarabağ danışıqlarının gedişi ilə bağlı baş verən hadisələri, həyata keçirilən tədbirləri, irəli sürülən fikir və mülahizələri, təklif olunan variantları əks etdirir. Eyni zamanda kitabda Azərbaycan dövləti və cəmiyyətinin, beynəlxalq təşkilatların, xarici dövlətlərin, daxili və xarici ekspertlərin mövqelərin xronoloji ardıcıllıqla əksini tapıb. Bülletenlərin hər dəfə 6 aylıq dövrü əhatə etməklə ildə 2 dəfə buraxılması nəzərdə tutulur. Bülletenlər geniş oxucu kütləsi, o cümlədən, siyasətçilər, ekspertlər, tədqiqatçılar üçün yararlı ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA