Yaxın 3 gün ərzində ölkə ərazisində gözlənilən hava zəraiti

img

16-02-2010 [02:52]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında fevralın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Cənub-qərb, qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcək, günün ikinci yarısında şimal-qərb küləyi 10-15 m/s olacaq, axşama doğru 18-23 m/s təşkil edəcək, arabir 25-27 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, günün birinci yarısında 10-15 dərəcə isti, axşama doğru 6-8 dərəcə isti təşkil edəcək. Fevralın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, gecə arabir 23-25 m/s-dək güclənəcək, günün ikinci yarısında şimal-şərq küləyinin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturu gecə -3 dərəcə isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək. Fevralın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 8-13 m/s olacaq, gündüz cənub-qərb küləyinin sürəti 9-14 m/s təşkil edəcək, arabir 16 m/s-dək artacaq. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb, qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz birinci yarısında 6-10 isti, ikinci yarısında 3-5 dərəcə isti təşkil edəcək. 17-18 fevralda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, fevralın 18-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti təşkil edəcək. Fevralın 15-16-da cənub-qərb, qərb küləyinin 18-23 m/s olacağı, arabir 25-30 m/s-dək güclənəcəyi, fevralın 16-sı günün ikinci yarısından 17-si gündüzədək şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin sürətinin 15-20 m/s təşkil edəcəyi, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir. Tibbi-meteoroloji proqnoz fevralın 15-16-da Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin aşağı enməsi, 16-da günün ikinci yarısından isə yenidən kəskin yüksəlməsi gözlənilir ki, bu da meteohəssas insanlarda nisbətən narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA