Sumqayıtda 300-dək binanın fasad divarları əsaslı təmir edilb

img

16-02-2010 [02:05]


Sumqayıtda yaşayış binalarının dam örtüklərinin və fasadlarının təmiri ilə bağlı görülən işlər davam etdirilir. Qeyd edək ki, 2009-cu il ərzində 60-dan çox yaşayış binasının fasad divarları əsaslı təmir edilərək rənglənib. Son illər ərzində isə ümumilikdə 300-dək çox binanın xüsusi layihələrə əsasən zövqoxşayan rənglərlə boyanması şəhərin memarlıq görkəminə yaraşıq gətirib. Hazırda şəhərin 6-cı mikrorayon ərazisində yerləşən 23, 37 və 38 saylı yaşayış binalarının fasad hissəsində əsaslı təmir işləri aparılır. Sumqayıt şəhərində ümumilikdə 1436 yaşayış binası mövcuddur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA