2 cəzaçəkmə müəssisəsinin rəisi izdən çıxarılıb, bir neçəsi cəzalandırılıb

img

16-02-2010 [12:35]


Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2009-cu ildəki fəaliyyətin yekunlarına dair əməliyyat şurası kecirilib. Şurada Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların mudiriyyəti, habelə Ədliyyə Nazirliyinin Tibb baş idarə?inin mufəttişliyinin rəisləri iştirak ediblər. Penitensiar xidmətin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, şurada çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Nazim Ələkbərov bilidirib ki, hesabat dövründə qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Xidmət rəisi qeyd edib ki, ötən il ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 3100-dən artıq qadağan olunmuş əşya, o cümlədən 747 kəsici-deşici alət, 140 litr spirtli içki, 89 mobil telefon aşkarlanaraq götürülüb. Həmçinin il ərzində narkotik maddələrlə bağlı 41 fakt müəyyən edilib, 207 qram müxtəlif narkotik vasitə, o cümlədən 153,8 qram heroin aşkar olunub, 22 məhkum, habelə gizli yolla narkotik vasitə keçirməyə çalışan görüşə gələn 16 şəxs, məhkumların yaxınları və eyni zamanda penitensiar müəssisələrin 3 əməkdaşı ifşa olunub. N.Ələkbərov onu da vurğulayıb ki, fəaliyyətlərində ciddi pozuntulara yol verdiklərinə görə, 11 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisləri ədliyyə orqanlarından xaric ediliblər. 6, 11, 12, 14 saylı cəzaçəkmə müəssisələrinin, 3, 7, 10, 11 saylı xüsusi müəssisələrin, Mühafizə alayının bir sıra bölüklərinin fəaliyyətlərində də ciddi nöqsan və pozuntular aşkar edilib, bu qurumların rəhbərləri ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA