Dini Komitə dindarlarla polis arasında baz vermiz qarzıdurma ilə bağlı bəyanat yayıb

img

15-02-2010 [07:25]


Fevralın 13-də Bakıda dindarlarla polis əməkdaşları arasında baş verən qarşıdurma ilə bağlı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bəyanat yayıb. Bəyanatda Həzrət Məhəmmədin (ƏS) vəfatı ilə əlaqədar Bakı şəhərinin Füzuli meydanından Şəhidlər Xiyabanına yürüş təşkil edilməsi dinlə əlaqəsi olmayan bir qrup şəxsin məqsədli şəkildə planlaşdırdığı və cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən uğursuz cəhddir olduğu vurğulanır: ?Müəyyən dairələrin təsirinə düşən kiçik bir qrupun din pərdəsi altında asayişi pozması, ictimai fikri çaşdıraraq zərərli təbliğat aparması qanuna zidd hərəkətdir. Buna görə də həmin qanunsuz aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınıb. Azərbaycanda vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır, lakin dini ekstremizmin, dini dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq cəhdlərinə, xalqımızın yüzillər boyu formalaşmış tolerantlıq ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol verilə bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA