Azay Quliyev Elmin inkizafı Fondunun rəhbəri ilə görüzüb

img

15-02-2010 [06:08]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb. Müstəqil İnformasiya Agentliyini xəbərinə görə, şuranın ofisində keçən görüş yeni yaranmış Fondun işinin təşkili, layihə maliyyələşdirilməsi baxımından təcrübə mübadiləsi xarakteri daşıyıb. Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu gün həm də Açıq Cəmiyyət İnstitutu ? Yardım Fondunun (ACİ YF) icraçı direktoru Fərda Əsədovla görüşüb. Şuranın ofisində keçən görüşdə tərəflər ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı 2009-cu ildə həyata keçirdikləri birgə layihə müsabiqəsi və digər tədbirlərin əhəmiyyətini qeyd edərək, 2010-cu ildə də müştərək fəaliyyətin davam etdirilməsi məqsədəuyğun sayıblar. Görüşdə QHT-lərlə bağlı qanun yaradıcılığı və birgə layihələrin dəstəklənməsinə əlavə maliyyə mənbələrinin cəlb edilməsi məsələləri müzakirə edilib. İki qurum arasında əməkdaşlığın reallaşdırılması üzrə işçi qrupların rəhbərlərinə tapşırılıb ki, gələcək birgə fəaliyyətlə bağlı təkliflər hazırlayıb müzakirəyə təqdim etsinlər. Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb. Şuranın ofisində keçən görüş yeni yaranmış Fondun işinin təşkili, layihə maliyyələşdirilməsi baxımından təcrübə mübadiləsi xarakteri daşıyırdı. Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA