TQDK sədri Məleykə Abbaszadə Fransada izgüzar səfərdədir

img

15-02-2010 [04:54]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə fevralın 15-dən 21-dək Fransada keçiriləcək İAEA-nın (Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya) İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. İclasda İAEA-nın fəaliyyəti ilə bağlı gündəlik məsələlər, İcraiyyə Komitəsi üzvlərinin hesabatı, cari ilin sentyabr ayında Assosiasiyanın Tailandda keçiriləcək 36-cı beynəlxalq konfransına hazırlıq prosesi müzakirə ediləcək. Müstəqil İnformasiya Agentliyin gəbərinə görə, tədbirdə həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, TQDK-nın sədri Məleykə Abbaszadə 2007-ci ildən İAEA-nın İcraiyyə Komitəsinin həqiqi üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA