Milli Elmlər Akademiyasının institutunun direktoru vəfat edib

img

15-02-2010 [04:14]


Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitunun direktoru, professor, sənətşünaslıq doktoru Rasim Səməd oğlu Əfəndiyev vəfat edib. AMEA-dan verilən məlumata görə, 50 ilə yaxın İnstitutun direktoru vəzifəsində işləyən Rasim Əfəndiyev ömrünün 81-ci ilində, fevralın 13-ü günorta radələrində yaşadığı evdə dünyasını dəyişib. Onun uzun müddət tək böyrəklə yaşadığı və xəstəlikdən əziyyət çəkdiyi bildirilib. Mərhumla vida mərasimi AMEA-da təmir işləri aparıldığından onun evində keçirilib. O, vəsiəti üzrə Bakıda dəfn olunub. Qeyd edək ki, akademik 1928-ci ildə Qazax rayonunda anadan olub. S. Peterburq Dövlət Rəssamlıq Akademiyasında sənətşünaslıq fakültəsini bitirib. 2004-cü ildə "Şöhrət" ordeninə layiq görülüb. Çapdan çıxmış 202 elmi əsərin və xaricdə dərc olunmuş 56 elmi əsərin müəllifidir. Ailəlidir bir oğlu var. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA