Respublika Prokurorluğu vakant yerlərə müsabiqə elan edib

img

15-02-2010 [01:31]


Respublika Baş Prokurorluğu yeni yaradılmış Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi Xidmətinə vakant vəzifələr üzrə ali təhsilli və iş təcrübəsi olan işçilərin işə qəbulu elan edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqəyə baş mütəxəssis (sistem administratoru) - 1 yer, baş mütəxəssis (şəbəkə administratoru) - 2 yer, baş mütəxəssis (mühəndis-proqramçı) - 2 yer, mütəxəssis (şəbəkə mühəndisi) - 1 yer çıxarılıb. İşə qəbulla əlaqədar namizədlər 2010-cu il martın 1-dək Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA