QAT Gəncədə "Döyüzə hazır ol" devizi ilə form keçirib

img

13-02-2010 [08:50]


Qarabağ Azadlıq Təşkilatı bu gün Gəncədə ?Döyüşə hazır ol!? devizi altında növbəti form keçirib. QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, formda QAT rəhbərliyi, QAT-ın Gəncə, Goranboy, Naftalan şöbələri, həmçinin yerli partiya və ictimai təşkilatların nümayəndələri, ziyalılar, bölgədə məskunlaşmış məcburi köçkün və qaçqınlar iştirak edib. Tədbirdə çıxış edənlər bildiriblər ki, işğal altında olan torpaqları yalnız hərbi yolla azad etmək mümkündür. Forumda 5 müddəadan ibarət sənəd də qəbul olunub. Sənəddə qeyd olunub ki, Azərbaycan Qarabağ probleminin həlli yolunda beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlardan imtina etməli, ölkənin maraqlarına cavab verməyən hər hansı sazişlə heç bir halda razılaşmamalıdır. Forum iştirakçılarına Qarabağ və müharibə tarixinə aid kitab və broşürlər paylanıb, sonra isə Şəhidlər Xiyabanı ziyarət edilib. Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatı bunadək Bakı, Quba, Xaçmaz, Ağdam,Bərdə vəTərtər bölgələrində bu cür forumlar keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA