Elmira Süleymanova italiyanın Azərbaycandakı səfiri Mario Baldini qəbul edib

img

13-02-2010 [08:47]


Ombudsman Elmira Süleymanova İtaliyanın Azərbaycandakı səfiri Mario Baldini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə E.Süleymanova müvəkkilin səlahiyyətləri, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət barədə məlumat verib. Ombudsman İşgəncələrə qarşı Konvensiyanın Fakültativ Protokoluna qoşulmaqla bağlı Milli Preventiv Mexanizm (MPM) qismində Ombudsmanın müəyyən edilməsi barədə də danışıb. Ombudsmanın Çevik araşdırma qrupu üzvlərinin qaynar xətt vasitəsilə daxil olan şikayətlərə dərhal cavab verdiyi, göstərilən yerlərə baxışlar keçirdiyi bildirilib. Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Səfir Ombudsmanın çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib, Azərbaycan Ombudsmanı ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA