Emin Milliylə Adnan Hacızadənin məhkəməsi fevralın 17-ə qədər təxirə salındı

img

12-02-2010 [03:24]


Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloqqerlər ? Emin Milliylə Adnan Hacızadənin apelyasiya şikayətinə baxılmalıydı. Ancaq vəkil Elton Quliyev gəlmədiyi üçün məhkəmə fevralın 17-ə qədər təxirə salınıb. Vəkil İsaxan Aşurov isə deyib ki, məhkəmə prosesinin tez-tez təxirə salınmasında nə məhkəmənin, nə də ittiham tərəfinin günahı yoxdur. Səbəb vəkillərin işinin çox olmasıdır. Apelyasiya şikayəti ilə bağlı ilkin məhkəmə baxışında vəkillər həbs qəti-imkan tədbirinin dəyişdirilməsini, bunun qarşılığında bloqqerlərin hər biri üçün 5 min manat girov qoymaq istəsələr də, hakim vəsatəti qəbul etməmişdi. Bundan sonra isə məhkəmə prosesi bir neçə dəfə təxirə salınmışdı. Birinci instansiya məhkəməsi Emin Millini 2 il yarım, Adnan Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmir, həbslərinin sifarişli olduğunu deyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA