Sosial Müdafiə Fondunda 2009-cu ilin yekunlarına və qarzıda duran vəzifələrə dair kollegiya iclası keçirilib

img

12-02-2010 [03:06]


Bu gün Dövlət Sosial Müdafiə Fondunda 2009-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə Müstəqil İnformasiya Aentliyinə Dövlət Sosial Müdafiə Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Verilən məlumata görə, iclası giriş sözü ilə açan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, pensiya islahatlarının təmin edilməsi siyasəti uğurla gercəkləşdirilib: ?Cənab Prezidentin xüsusi diqqəti sayəsində böhranlı ildə də pensiya proqramlarının vaxtında və tam icra edilməsi mümkün olmuşdur?. Onun sözlərinə görə, Fondun gəlir və xərcləri üzrə proqnozların icrasının təmin olunması, sığorta-pensiya sisteminin inkişaf etdirilməsi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi 2009-cu ildə Fondun fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir. Operativ məlumatlara əsasən, 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 milyard 600 mln. manat təşkil etmişdir ki, bu da 2008-ci ilə nisbətən 205,0 mln. manat və ya 14,7 faiz çoxdur. 2009-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2008-ci ilə nisbətən 8,3 faiz və ya 79,4 mln. manat artaraq 1 milyard 37 mln. manat təşkil etmişdir. Ötən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 56 faizi qeyri-büdcə təşkilatları üzrə məcburi dövlət sosial sığorta haqlarının payına düşür. Həmin təşkilatların ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği keçən ilə nisbətən 1,3 faiz və ya 7,4 mln. manat artmışdır: ?Hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslərdən daxilolmalar 25 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 23 faiz artmışdır?. S.Müslümov deyib ki, daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. 2009-cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1 milyard 675 mln. manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1617,6 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilə nisbətən 278 mln. manat və ya 20,8 faiz çoxdur. Pensiya xərcləri 2008-ci ilə nisbətən 20,7 faiz və ya 269,1 mln. manat artaraq 1571,2 mln. manat təşkil etmişdir: ?2009-cu ildə əhaliyə 46,4 mln. manat məbləğində müavinət ödənilmişdir ki, bunun da 37,7 faizi hamiləliyə və doğuma görə, 31,1 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,1 faizi dəfn üçün, 13,1 faizi isə digər müavinətlərin payına düşür?. Fond sədri bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə 2009-cu ilin əvvəlinə 1 275 138 nəfər olmuş və il ərzində 33294 nəfər artaraq ilin sonuna 1 308 432 min nəfər təşkil etmişdır: ?Əmək pensiyalarının orta aylıq məbləği 2009-cu ilin əvvəlinə nisbətən 5,0 manat və ya 5,3 faiz artaraq ilin sonuna 100,4 manat olmuşdur ki, bu da orta aylıq əməkhaqqına nisbətən 34 faiz təşkil edir. Azərbaycan Respublikası Prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamına əsasən bütün pensiyaçıların 60 faizinin pensiyasının sığorta hissəsinə 20,8 faizlik artım tətbiq olunmuşdur?. S.Müslümov nəzərə catdırıb ki, hesabat dövründə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin edilmişdir. İl ərzində Fond aparatına vətəndaşlardan 9896 müraciət daxil olmuşdur. Bilavasitə Fondun rəhbərliyi tərəfindən 312 vətəndaş qəbul edilərək, onların müraciətlərinə baxılmışdır. Onun sözlərinə görə, pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun davam etdirilmişdir. Belə ki, məcburi dövlət sosial sığorta haqları ilə sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsi, sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, sığortaolunanların 2006-cı ilin 01 yanvarınadək qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsinin yeni pensiya sisteminə uyğun həyata keçirilməsi məqsədilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının qanun layihəsi hazırlanaraq təqdim edilmiş və qəbul olunmuşdur: ?Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması üzrə proqram təminatı hazırlanaraq testdən keçirilmiş və pilot rayonlarda tətbiqinə başlanılmışdır. İl ərzində sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesi davam etdirilmişdir. Fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən 154 min nəfər artmışdır. Pilot rayonlarda sığortaedənlərdən 2006-2008-ci illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatın qəbuluna başlanılmışdır?. S.Müslümov vurğulayıb ki, sığorta-pensiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün Beynəlxalq Sosial Təminat Assosiasiyası və ikitərəfli münasibətlər çərçivəsində xaricə ezamiyyət səfərləri və birgə seminarların mütəmadi olaraq təşkili davam etdirilmişdir. Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarnın nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi 2009-cu ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Yunanıstanın paytaxtı Afina şəhərində təşkil etdiyi ?Keçid dövrü: inkişaf problemləri? adlı beynəlxalq forumda Azərbaycanda həyata keçirilən pensiya islahatları ilə bağlı təqdimat keçirilmişdir. S.Müslümovun verdiyi məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. İl ərzində Fondun 9 yerli şöbəsinin yeni inzibati binasının tikintisi başa çatdırılmış, o cümlədən 4 yerli şöbəsinin inzibati binası istifadəyə verilmişdir. Dövlət qulluqçularının peşəkarlığının artırılması ilə bağlı Fond sistemində kadr işinin təşkilinin təkmilləşdirilməsi məqsədilə kadrların ixtisas səviyyəsinin təkmilləşdirilməsi kurslarının planı təsdiq edilərək icra olunmuşdur. Eyni zamanda bu məqsədlə dövri olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya ilə birgə kurslar təşkil edilmişdir. Vətəndaşların informasiya ilə təmin olunması və məlumatlandırılması məqsədilə geniş təbliğat işləri aparılmış, Fondda dövri olaraq keçirilən təqdimatlarda, mətbuat konfranslarında və digər görüşlərdə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı təmin olunmuşdur. 2010-cu ildə həyata keciriləcək işlərə toxunan S.Müslümov diqqətə çatdırıb ki, bu il ?2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı? ilə müəyyən edilən islahatlar davam etdiriləçəkdir. Bununla bağlı Tədbirlər Planının hazırlandıgını bildirən Fond sədri deyib ki, xüsusilə cari ildə islahatların davamı olaraq pensiya təyinatının avtomatlaşdırılması, bu sahədəki daxili nəzarətin ictimai nəzarətlə əvəz olunması və insan amilinin rolunun minimuma endirilməsi proseslərinin reallaşdırılması işi intensivləşdiriləcəkdir. 2010-cu il ərzində bu məsələnin gerçəkləşdirilməsi nətiçəsində sığorta-pensiya sisteminin ümumi iqtisadiyyatla əlaqəli inkişafının tam təmin olunması mexanizmi ortaya qoyulacaqdır. ?Belə ki, hər bir şəxsin əmək fəaliyyətinə başladığı dövrdən etibarən öz fərdi hesabında gələcək pensiyası üçün nə qədər vəsait topladığı onun daimi nəzarətinə verilir. Başqa sözlə, fondda qeydiyyatda olan hər bir şəxs fondun internetdəki veb-saytında sosial sığorta nömrəsini daxil edərək, fərdi hesabında toplanmış məbləği və bu məbləğin hansı mənbələrdən formalaşdığını görə biləcəkdir-,deyə S.Müslümov vurğulayıb. Kollegiya iclasında həmçinin Fondun yerli orqanlarının 2009-cu ildəki fəaliyyəti ətraflı təhlil olunub. 2010-cu ildə məcburi dövlət sosial sığorta haqlarının toplanılması istaqəmətində işlərin gücləndirilməsi, özəl sektorda çalışanların tam qeydiyyatı və əməkhaqlarının leqallaşdırılması ilə bağlı müvafiq qurumlarla birgə addımların atılması barədə qərar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA