Ramiz Həsənov: ?iyulun 1-dən köhnə avtomobillərin idxalı dayandırılacaq?

img

12-02-2010 [02:06]


Bu ilin iyul ayının 1-dən Azərbaycana Avropa standartlarına cavab verməyən avtomobillərin idxalına icazə verilməyəcək. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komissiyasının rəhbəri Ramiz Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib. R.Həsənov bildirib ki, hazırda Avropada Avro-5 standartı tətbiq olunmağa başlasa da, Azərbaycanda Avro-2 standartı tətbiq olunacaq. O, bu ilin iyulundan ölkəyə köhnə avtomobillərin idxalının dayandırılacağını söyləyib: ?10-15 il əvvəl istehsal olunmuş avtomobillər Azərbaycana idxal edilməyəcək. Konkret hansı ildən başlayaraq istehsal olunmuş avtomobillərin idxalının qadağan edilməsinə gəlincə, Nazirlər Kabineti bir həftə ərzində bununla bağlı qərar verəcək?. Komitə sədri qadağaların tətbiqi zamanı avtomobilin hansı şirkətə və ölkəyə məxsus olmasının əsas götürülməyəcəyini deyib: ?Əsas odur ki, mühərrikdən çıxan qaz ?Avro-2? standartına uyğun olsun?. R.Həsənov onu da bildirib ki, bu istiqamətdə milli standartların hazırlanması prosesi Dövlət Neft Şirkəti ilə (ARDNŞ) birlikdə aparılır. Çünki yerli yanacaq da Avropa standartlarına cavab verməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA