Milli Məclisin iclasında yenə dava düzdü

img

12-02-2010 [12:57]


Milli Məclisin bu gün keçirilən iclasında gərginlik yaşanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda çıxış edən millət vəkili İqbal Ağazadə ötən həftə Bakıya yağan qardan sonra paytaxtda bütün infrastukturun iflic olmasından şikayətlənib. Deputat bildirib ki, qardan sonra ölkənin bir çox aidiyyatı qurumlarının işləyə bilmədiyi üzə çıxıb. Çıxış edən millət vəkili Tahir Rzayev həmkarının fikirləri ilə razılaşmadığını bildirib. T.Rzayev onu da qeyd edib ki, müxalifət qüvvələri qarın yağmasından da hakimiyyətə qarşı istifadə etməyə çılışırlar: ?Mən öüzm də qar yağan zaman şəhərdə olmuşam, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı qurumlar lazımi səviyyədə işləyirdilər. Sadəcə olaraq, bəzi müxalifət qüvvələri görülən işlərə qara yaxırlar?. Spiker sözü deputat Qüdrət Həsənquliyevə verən zaman isə Tahir Rzayevlə İqbal Ağazadə arasında mübahisə düşdü. Mübahisəyə müdaxilə edən Oqtay Əsədov hər iki deputata özlərini iclas zalında hiss etmələrini dedi. İqbal Abazadə isə ?Görmürsünüz, mənim fikirlərimə qarayaxma deyir?,- söylədi. Spiker isə ?Düz deyir də, sə qara da yaxırsan, ağ da? cavabını verərək deputatı sakitləşdirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA