Nəqliyyat Nazirliyi Ağsu-Qaraməryəm yolundan istifadə etməklə bağlı sürücülərə müraciət edib

img

11-02-2010 [02:00]


Dünən gecə saatlarında Muğanlı-İsmayıllı avtomagistralının 2-ci km-də torpaq sürüşməsi nəticəsində yol tamamilə yararsız hala düşdüyündən Nəqliyyat Nazirliyi sürücülərə müraciət edib. Nəqliyyat Nazirliyi İsmayıllı, Şəki və Oğuz rayonları istiqamətində hərəkət edən sürücülərdən alternativ Ağsu-Qaraməryəm yolundan istifadə etməyi xahiş edib. Qeyd edək ki, Muğanlı-İsmayıllı avtomagistralının 2-ci km-də təxminən 150 metr uzunluqda asfalt sürüşərək dərəyə tərəf axıb. Nəticədə dərinliyi 2-4 metrə çatan yarğan əmələ gəlib. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, hadisə yerinə gecə saatlarında qurum rəhbərliyi də baş çəkib. ANS-in Göyçay bürosunun verdiyi məlumata görə, səhər saatlarında qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA