Sarkisyan Londonda azərbaycanlıların etiraz aksiyası ilə qarzılazdı

img

10-02-2010 [06:07]


Londonda səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan hazırda ?Chatham House? Beynəlxalq Münasibətlər İnstititunda ?Cənubi Qafqazda təhükəsizlik və dəyərlər? mövzusunda hesabatla çıxış edir. Ermənistanın ?Armeniya today? saytının məlumatına görə, Sərkisyan çıxışında Türkiyə-Ermənistan münasibətlərinin inkişaf perspektivləri, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarla bağlı məruzə edəcək və həmçinin aktual regional problemlərə toxunacaq. Erməni mətbuatının xəbərinə görə, institutun qarşısında Lodondakı Azərbaycan diasporu üzvlərinin etraz aksiyaları keçirilir. Aksiya iştirakçları ?Torpaqları Azərbaycana qaytarın?, ?Xocalıya ədalət? şüarları səsləndiriblər. Xatırladaq ki, Londonda 3 günlük işgüzar səfərdə olan Sərkisyanın bu axşam Böyük Britaniya və Şimali İrlandiya kraliçası ikinci Yelizaveta, xarici işlər naziri devid Milibend və şahzadə Çarlzla da görüşləri nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA