Qəza vaxtı vaqonlarda və tunellərdə 12 minə yaxın sərnizin olub

img

10-02-2010 [03:23]


?Elektrik enerjisinin kəsilməsilə əlaqədar metroda qatarların hərəkətində fasilə yaranması Bakı metropoliteninə ziyan vurmayıb?. Bunu metropolitenin rəisi Tağı Əhmədov bildirib. O bildirib ki, hazırda qatarlar əvvəlki qaydada normal qrafiklə işləyir. Metropoliten rəisi qəza vaxtı vaqonlarda və tunellərdə 12 minə yaxın sərnişinin olduğunu qeyd edib. ?12 min sərnişindən bir neçəsinin vəziyyətinin pisləşməsi adi haldır. Sərnişinlər 20 dəqiqə ərzində metropolitendən çıxarılıblar. Ən uzun proses ?Ulduz? ?Əzizbəyov? metrostansiyaları arasında olub. Stansiyalar arasında 2,7 km məsafə var. Ən sonuncu sərnişin də oradan çıxarılıb?. Xatırladaq ki, fevralın 9-da elektrik enerjisinin kəsilməsilə əlaqədar olaraq saat 12:00 radələrindən etibarən təxminən 2 saat müddətində Bakı metropoliteninin iş qrafikində fasilə yaranıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA