Tağı Əhmədov: "Mən müvafiq Adqoyma Komissiyasından heç bir təklif almamızam"

img

10-02-2010 [02:15]


?Məşədi Əzizbəyov? stansiyasının yenidən qurulması üçün 2010-cu il dövlət büdcəsində 6 milyon manat ayrılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə jurnalistlərə Metropolitenin rəisi Tağı Əhmədov deyib açıqlama verib. ?Bu stansiyanın görünüşü, həm şəhərə giriş, həm də çıxış kimi heç kimi, o cümlədən Metropolitenin rəisi kimi məni qane eləmir. Bu stansiya yenidən qurulmalı, eyni formalı əzəmətli giriş və çıxışı olmalıdır. Həmçinin, ?Əzizbəyov? stansiyasının ikinci çıxışı olmalıdır?- deyə T.Əhmədov bildirib. Məşədi Əzizbəyovun adını daşıyan metrostansiyanın adının dəyişdirilməsinə gəlincə, Metropolitenin rəisi ?Mən müvafiq Adqoyma Komissiyasından heç bir təklif almamışam. Onu da əlavə edim ki, əgər stansiyanın adı dəyişilərsə, bu, mütləq Azərbaycan prezidentinin sərəncamı ilə olmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA