?Azərenerji? dünənki elektrik enerjisi problemi ilə bağlı məsuliyyəti boynundan atmağa çalızır

img

10-02-2010 [02:07]


?Azərenerji? ASC dünən ölkədə baş verən enerji qəzası ilə bağlı respublika miqyaslı enerjisi qəzası ilə bağlı açıqlama yayıb.ASC-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir ki, buna səbəb Mingəçevirdən Abşeron yarımstansiyasına gələn xətlərin birində qəza baş verməsidir. ?Gərginlik artdıqdan sonra stansiyaya gələn ikinci xətdə də qəza baş verib. Həmin xətlər sıradan çıxdıqdan sonra Səngəçal stansiyasından Xırdalan yarımstansiyasına gələn xətlərdə də müəyyən problemlər yaranıb. Qəza saat 11:57-də baş verib, 6 dəqiqə sonra ? saat 12:03-də bərpa edilib?- deyə açıqlamada qeyd olunur. Daha sonra bildirilir ki, Azərbaycanın enerji sistemində baş verən qəzanın əsas səbəbi bir neçə gün əvvəl respublika ərazisində olan çovğundur. Çovğun zamanı ?Azərenerji? naqillərin açılmasının qarşısını ala bilsə də, yaranmış zədələnmələri aradan qaldıran zaman ciddi maneələr yaranıb. Belə ki, 1960-cı illərdə çəkilən bu xətlərin şəhəri normal enerji ilə təchiz etməyə gücü çatmır. Bununla bağlı Asiya İnkişaf Bankı ilə müqavilə imzalanıb və Mingəçevir xətlərinin davamı kimi iki xəttin tikilməsi nəzərdə tutulub. ?Amma bu xətləri çəkməyin özü artıq böyük problemdir. Çünki xətt çəkmək üçün yol yoxdur, hətta xətlərin altı da tutulub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA