Bakı Metropoliteni izıqsız qaldı, gərginlik yazandı

img

09-02-2010 [01:38]


Bakı şəhərinə verilən elektrik enerjisinin kəsilməsi nəticəsində Bakı Metropoliteninin enerji ilə təminatının dayandırılması ciddi narahatlığa səbəb olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, metronun bir çox stansiyalarında gediş-gəliş məhdudlaşdırılıb. 20 yanvar, Sahil, 28 may metrostansiyalarının qarşısında qələbəlik yaranıb. Enerjinin kəsilməsi nəticəsində metro tunelində qalmış qatarlardan sərnişinlərin evakuasiya olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 28 may stansiyasının qarşısına gəlib. FHN əməkdaşları ətrafda toplaşanlardan uzaqlaşmağı xahiş ediblər. Qeyd edək ki, Mingəçevir və ?Azərbaycan? elektrik stansiyalarında baş vermiş açılma nəticəsində Bakı şəhərinə və respublikanın bir sıra rayonuna enerji verilişi kəsilib. Hazırda metronun bəzi stansiyalarına enerji verilmir və qatarların hərəkəti dayanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA