Prezident Dövlət Mükafatları komissiyasının tərkibi təsdiqləndi

img

09-02-2010 [01:06]


Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və əsasnaməsi təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb prezidentə təqdim etsin. Habelə Nazirlər Kabineti komissiyanın fəaliyyətinin təşkili ilə bağlı olan və müvafiq fərmandan irəli gələn digər məsələləri həll etməlidir. [b]Komissiyanın tərkibi:[/b] Sədr - baş nazir Artur Rasi-zadə Üzvləri - baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Təhsil naziri Misir Mərdanov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlı Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli Bəstəkarlar İttifaqının katibi, xalq artisti Aqşin Əlizadə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Xalq rəssamı Toğrul Nərimanbəyov Milli Elmlər Akademiyasının müxbir üzvü, xalq artisti Arif Məlikov Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Şəfiqə Məmmədova Xalq yazıçısı Mövlud Süleymanlı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA