TQDK qəbul imtahanlarinda iztirak edəcək nəzarətçilərlə seminar-məzğələlərə bazlayır

img

08-02-2010 [12:39]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcəkdir. Seminar?məşğələlərin məqsədi nəzarətçi?müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaqdır. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək. Seminar?məşğələlərdə nəzarətçiləri imtahan prosesi ilə əyani surətdə tanış etmək məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdiriləcəkdir. Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA