Bakıda iki fəhlə donaraq öldü

img

08-02-2010 [11:42]


Neçə gündür davan edən şaxtalı hava iki nəfərin ölümünə səbəb olub. Belə ki, Bakıda daş karxanasında fəhlə işləyən iki nəfər dünən donvurmadan ölüblər. Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, ddünən Çənlibel daş karxanaları adlanan düzənlikdə Balakən rayonunun Qaysa kənd sakinləri, 1970-ci il təvəllüdlü Hudunov Şəhmir Əli oğlu və 1974-cü il təvəllüdlü Əhmədilov Hüseyn Tanağamoğlan oğlunun donmuş vəziyyətdə cəsədi tapılıb. Onların fevralın 4-də karxanadan evə qayıdarkən çovğuna düşüb donduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA