Bakıda bir neçə ticarət obyekti yanıb

img

06-02-2010 [03:09]


Dünəndən bəri Bakıda bir neçə ticarət obyekti yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətindən məlumat verilib. Məlumata görə, hadisə fevralın 5-dən 6-a keçən gecə Bakının Yasamal rayonu ərazisində, ?İnşaatçılar? metro stansiyasının yaxınlığında baş verib. Yanğın nəticəsində iki ticarət obyekti 170 kv/m sahədə tam yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA