Baz Dövlət Yol Polisi idarəsi gücləndirilmiz iz rejiminə keçib

img

06-02-2010 [01:39]


Daxili İşlər Nazirliyini rəhbərliyinin göstərişi əsasında fevralın 5-dən Baş Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti Bakı şəhərində, həmçinin avtomagistral yollarda yaranmış problemlərin aradan qaldırılması üçün səfərbər edilib. DİN mətbuat xidmətindən verilən məlumata görə, fevralın 5-dən 6-a keçən gecə Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsi ərazisində yollarda qalan, donma təhlükəsi ilə üzləşmiş 30-dan çox sürücü və sərnişin qar çovğunundan xilas edilərək DYPİ əməkdaşları tərəfindən yaxınlıqdakı yaşayış məntəqələrində müvəqqəti yerləşdiriliblər. Bu gün səhər saatlarında isə həmin şəxslər xüsusi texnikanın köməkliyi ilə evlərinə çatdırılıblar. Bundan başqa, Şamaxı rayonu ərazisində donma təhlükəsi ilə üzləşmiş daha 40 sürücü və sərnişin DYPİ və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının birgə səyi nəticəsində rayon xəstəxanasına və ?Araz? hazırlıq kursunun inzibati binasına yerləşdiriliblər. DİN-dən, həmçinin bildirilib ki, Bakıda müşahidə olunan çovğun nəticəsində şəhərin müxtəlif yerlərdə 11 iri gövdəli ağac aşıb. Onlardan 8-i ərazidə olan avtomobillərin üzərinə düşüb. DYPİ əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində yollar yıxılmış ağaclardan təmizlənib və nəqliyyatın hərəkəti bərpa edilib. DİN rəhbərliyinin göstərişinə əsasən, paytaxt Bakıda və eləcə də ölkənin avtomagistral yollarında nəqliyyatın hərəkətinin bərpa olunaraq tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA