Mingəçevir DRES-dən Bakıya elektrik enerjisi nəql edən 3 xəttdən 2-də qəza olub

img

05-02-2010 [05:57]


Mingəçevir DRES-dən Bakıya elektrik enerjisi nəql edən 3 ədəd yüksəkgərginlikli veriliş xəttinin 2-də qəza baş verib. Bu barədə məlumatı ANS-ə DRES-in rəis müavini Yusif Əzizov verib. Onun sözlərinə görə, Bakıya yaxın ərazidə çovğun xətlərdən birini qırıb, digərini isə zədələyib. Ona görə də hər iki xətlə enerji nəqli dayandırılıb. Hal-hazırda təmir işləri aparılır və bu gün axşama qədər enerji nəqli tam gücdə bərpa olunacaq. Y.Əzizovun sözlərinə görə, əgər əvvəllər 3 xətlə Bakıya 1050 meqavat elektrik enerjisi ötürülürdüsə, indi bu rəqəm 450 meqavat düşüb. Buna baxmayaraq, stansiyadakı aqreqatların işi dayandırılmayıb və onlar minimum rejimdə çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA