Aqrar siyasət komitəsinin sədri Eldar ibrahimov ?Azərittifaq?a əlavə səlahiyyətlər verilməsinə çalızır

img

05-02-2010 [04:32]


Milli Məclisin Aqrar siyasət komitəsində ?Kənd təsərrüfatı kooperasiyası haqqında? qanun layihəsi hazırlanır. Qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirmişdir ki, bu qanunun qəbulu çox vacibdir. Sənəd üzərində hazırda mütəxəssislər və komitənin əməkdaşları ciddi iş aparırlar. Məqsəd ölkədə kənd təsərrüfatının inkişafına təkan, stimul verməkdir. E.İbrahimov qeyd etmişdir ki, kənd təsərrüfatı kooperativləri dünyanın hər yerində, o cümlədən Avropanın inkişaf etmiş ölkələrində - Almaniya, İngiltərə, Fransa, Avstriyada və digərlərində mövcuddur. Kooperasiya məhsul istehsal edən fermerdən tutmuş həmin məhsulun emalı, saxlanması, onun bazara çıxarılaraq satışının təşkilinədək bütün məsələləri özündə ehtiva edən bir sistemdir. Bu isə bir adamın, bir fermerin görəcəyi iş deyil. Tədarükçü, emalçı və istehsalçı - bunların hamısı bir sistemdir. Komitə sədri bildirmişdir ki, fermerlər təkbaşına heç nə edə bilmirlər. Bakının rayonları kənd rayonları ilə müqavilə bağlamalı və kənd təsərrüfatı məhsullarına ehtiyacını göstərməlidir. Kənd rayonunda isə bu ehtiyaclara müvafiq məhsul istehsal olunmalıdır. ?Azərittifaq? yenidən bu işi öz üzərinə götürərsə, çox yaxşı olar. Həm fermerlərin işi yüngülləşər, həm də bazarlarda rəqabət ucuzlaşmaya səbəb olar. Kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatının inkişafına, istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və onların Avropa standartlarına uyğun gəlməsinə öz töhfəsini verəcəkdir. Qeyd edək ki, ?Azərittifaq?ın İdarə Heyətinin sədri, deputat Eldar Quliyev həm də Milli Məclisin Aqrar siyasət komitəsinin sədrinin müavinidir. Bu isə o deməkdir ki, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov öz müavini ?Azərittifaq?ın İdarə Heyətinin sədri, deputat Eldar Quliyevin başçılıq etdiyi təşkilata ?Kənd təsərrüfatı kooperasiyası haqqında? qanunu vasitəsiylə əlavə səlahiyyətlər verməyə hazırlaşır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA