Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti dayandırıb

img

05-02-2010 [11:46]


Güclü qarın yağması ilə əlaqədar Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti dayandırıb. Hava Limanından verilən məlumata görə, hava şəraitinin kəskin pisləşməsi ilə bağlı Bakı aeroportu bu gün səhər saatlarından işini dayandırıb. Verilən məlumata göeə, hava limanı həm ölkəyə gələn aviareysləri qəbul etmir, həm də Bakıdan ölkə kənarına gedən uçuşları yerinə yetirmir. Buna baxmayaraq, aeroportun müvafiq xidmətləri uçuş zolaqlarının təmizlənməsini davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA