Bakıya yağan qar paytaxt həyatını iflic edib

img

05-02-2010 [11:35]


Gecədən başlayaraq Bakıya güclü qar yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu cür hava şəraitinin fevralın 8-dək davam edəcəyini proqnozlaşdırıb. Bu gün səhər saatlarından Bakı küçələrində nəqliyyatın hərəkəti yenidən çətinləşib, yolların təmizlənməməsi səbəbindən əksər marşrutlarda avtobuslar işə çıxarılmayıb. Güclü qar orta məktəblərdə də dərslərin pozulmasına səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün hava şərait kəskinləşəcək, qar yağmaqda davam edəcək. Şimal küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək güclənəcək, gündüz yarımadanın bəzi yerlərində 28-33 m/s-dək şiddətlənəcək, çovğun olacaq. Havanın temperaturu gündüz 2 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq. Fevralın 6-7-də də qar yağacağı gözlənilir. Yağıntının güclü küləklə müşayiət olunması nəqliyyatın hərəkətini çətinləşdirib. Hazırda əksər istiqamətlərdə nəqliyyatın, xüsusilə sərnişin avtobuslarının hərəkətində ciddi problemlər törədir. Bəzi istiqamətlərdə uzun tıxaclar yaranıb. Çətin hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti dayandırıb. Ölkəyə gələn aviareyslər qəbul olunmur və Bakıdan xarici ölkələrə uçuşlar yerinə yetirilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA