Lökbatanda vulkan püskürüb

img

04-02-2010 [08:39]


Fevralın 4-də Lökbatanda palçıq vulkanı püskürüb. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətinin yaydığı məlumata görə, səhər saat 9:40 radələrindən başlayan və 10 dəqiqə davam edən püskürmə palçıq sıçrayışları və uğultu ilə müşahidə olunub. Bu, Lökbatan palçıq vulkanının son 200 ildə 23-cü püskürməsidir. Sonuncu dəfə 2001-ci ildə aktivləşmiş bu vulkan püskürmə sayına görə təkcə Azərbaycanda deyil, bütün dünyada birinci yerdədir. Geologiya İnstitutunun mətbuat xidməti bildirir ki, hazırkı püskürmə heç bir təhlükə doğurmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA