DiN məlumat yaydı, Hafiz Hacıyev məlumatı əsassız saydı

img

04-02-2010 [05:51]


Daxili İşlər Nazirliyi (DİN) Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə polis mayoru Firdovsi Quliyev arasında yaranmış mübahisə ilə bağlı məlumat yayıb. DİN mətbuat xidmətində Müstəqil İnformasiya Agentliyinə verilən məlumatda qeyd olunur ki, hadisə başqa cür cərəyan edib: ?MMP-nin qərargahı ilə Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Bölməsinin inzibati binası yaxın məsafədə yerləşir. Bu gün səhər Firdovsi Quliyev avtomobilini park etdikdən sonra Hafiz Hacıyev də maşınını onun yaxınlığında saxlamaq istəyib. Bu zaman partiya sədri polis mayorundan ?maşınının yerini bir qədər dəyişməsini?, konkret olaraq bölmənin qabağında saxlamağını istəyib. Mayor isə onun bu istəyinə gec əməl edib. ?Belə olan halda onlar arasında anlaşılmazlıq yaranıb. Məsələdən xəbər tutan bölmə rəhbərliyi onların hər ikisini çağıraraq, söhbət edib. Beləliklə də anlaşılmazlıq aradan qalxıb və onlar sakitləşərək barışıblar. Partiya mətbuat xidmətinin guya polisin partiya sədrinin həyatına qəsd etməyə cəhd etməsi barədə deyilənlərsə, həddindən artıq şişirdilmiş və təəccüb doğuran məlumatdır?. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə məlumat verən H.Hacıyev hər hansı bir barışığın olmadığını bildirib. Partiya sədrinin sözlərinə görə, DİN-nin yaydığı bəyanat kökündən yanlışdır. H.Şacıyev onu da qeyd edib ki, hadisə MMP mətbuat xidmətinin yaydığı bəyanatda olduğu kimi cərəyan edib. Yəni sözügedən polis mayoru DİN-in yaydığı məlumatda qeyd olunuğu kimi deyil, çox kobudcasına hərəkət edib. Xatırladaq ki, bu gün MMP mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, ?Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Bölməsinin əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin həyatına qəsd etməyə cəhd edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA