Seysmoloqlardan xəbərdarlıq: Xəzər dənizində zəlzələ təhlükəsi artıb

img

04-02-2010 [05:29]


"21 rəqəmsal və 14 analoq seysmik stansiyalar şəbəkəsilə aparılan müşahidələr nəticəsində ötən il Azərbaycan ərazisində 3680 yeraltı təkan qeydə alınıb". Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geologiya-minerologiya elmləri namizədi Qurban YetirmişliAMEA Rəyasət Heyətinin 2009-cu ilin nəticələrinə həsr olunmuş hesabat-iclasında məlumat verib. Onun səzlərinə görə, bu təkanlardan 1744-ü yerli, 1936-sı yaxın-uzaq zəlzələlər olub ki, bunlardan da 20-si hiss edilib. Aparılan müşahidələr nəticəsində məlum olub ki, 2008-ci illə müqayisədə ötən ildə baş verən zəlzələlərin sayı artsa da, ayrılmlş seysmik enerjinin miqdarı aşağı düşüb. 2009-cu ildə Azərbaycan ərazisində dərinliyi 10 km olan 130, 10-20 km olan 262, 20-30 km olan 130, 30-40 km olan 82, 40-51 və 46-50 km olan 44 zəlzələ qeydə alınıb. Ölkə ərazisində yüksək seysmik zona kimi Böyük Qafqazın cənub-şərq yamacı, xüsusilə, Şamaxı-İsmayıllı rayonları seysmoaktiv ərazilər kimi qeydə alınıb. Ötən il Kür depresiyasının Mingəçevir su anbarını əhatə edən hissəsində də 2008-ci illə müqayisədə seysmik aktivliyin artması, Şamaxıdan cənuba doğru, Cəlilabad və Hacıqabul rayonlarında isə zəlzələlərin episentrlərinin sıxılması müşahidə olunub. Xəzər dənizi akvatoriyasının seysmik aktivliyinin 2008-ci ilə nisbətən yüksəlməsi nəticəsində şimali Xəzərdə seysmikliyin əhəmiyyətli dərəcədə aktivləşməsi müşahidə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA