Ölkədə temperatur kəskin zəkildə azağı düzəcək, qar yağacaq, çovğun olacaq

img

04-02-2010 [01:02]


Bu gündən başlayaraq ölkə ərazisində havanın temperaturu aşağı enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Müstəqil Informasiya Agentliyinə verdiyi məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman, çiskin olacaq. Axşama doğru yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gündüz 7-9? isti, günün ikinci yarısından başlayaraq temperaturun aşağı enəcəyi, axşama doğru 0?-yə yaxın olacağı gözlənilir. Sabah hava şəraitinin kəskinləşəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək, gündüz yarımadanın bəzi yerlərində şiddətlənəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə 0?-yə yaxın, gündüz 2?-dək şaxta olacaq. Yollar buz bağlayacaq. Fevralın 6-da hava şəraitinin buludlu olacağı, arabir qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında bir qədər mülayimləşəcək. Havanın temperaturu gecə 3-5? şaxta, gündüz 0-2? şaxta olacaq. Yollar buz bağlayacaq. Fevralın 7-də hava şəraitinin buludlu olacağı, gecə və səhər qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-6? şaxta, gündüz 0-2? şaxta olacaq. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında da da sabahdan hava şəraitinin kəskinləşəcəyi, fasilələrlə qar yağacağı, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək, ayrı-ayrı yerlərdə şiddətlənəcək. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-4? şaxta, gündüz 2? şaxtadan 2?-dək isti, dağlarda gecə 5-10? şaxta, gündüz 2-5? şaxta olacaq. Yollar buz bağlayacaq. Fevralın 6-7-də də fasilələrlə qar yağacağı, 06-da bəzi yerlərdə yağıntıların intensivləşəcəyi gözlənilir. 07-də gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Fevralın 6-da bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-5? şaxta, gündüz 2? şaxtadan 2?-dək isti, dağlarda gecə 8-13? şaxta, gündüz 3-8? şaxta olacaq. Yollar buz bağlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA